Tokio 2020: Samir Nəbiyev yeddinci oldu

Tokio 2020: Samir Nəbiyev yeddinci oldu

Atletimiz Samir Nəbiyev Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, nüvəitələmə növündə yarışan dünya və Avropa çempionatlarının mükafatçısı altı cəhdində ən yaxşı halda 13,12 metr nəticə göstərə bilib. Bu, ona 15 iştirakçı arasında 7-ci olmağa yetib.

Qeyd edək ki, Tokio 2020 Samir Nəbiyev üçün üçüncü Paralimpiada olub. 35 yaşlı idmançı London 2012-də diskatma üzrə beşinci, Rio 2016-da nüvəitələmə üzrə yeddinci yeri tutub.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər