Tokio 2020: Bağlanış mərasimində bayraqdarımız açıqlandı

Tokio 2020: Bağlanış mərasimində bayraqdarımız açıqlandı

Azərbaycan komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində bayraqdarı məlum olub.

Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, bu gün Bakı vaxtı ilə 15:00-da başlayacaq tədbirdə dövlət bayrağını atlet Lamiyə Vəliyeva daşıyacaq.

19 yaşlı idmançı 400 metr məsafəyə qaçışda Paralimpiadanın qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş mükafatını qazanıb.

Xatırladaq ki, Azərbaycan yığması Tokio 2020 Yay Paralimpiya Oyunlarını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sırada başa vurub. Bu, millimizin tarixdə ən yaxşı göstəricisi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər