TFF Dəniz Yılmazın cəzasını açıqladı

TFF Dəniz Yılmazın cəzasını açıqladı
Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz 2 oyunluq cəzalanıb. 
Bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb.
Səbəb kimi təcrübəli hücumçunun Super Liqanın XXI tur matçında "Kayserispor"un futbolçusuna qarşı ciddi kobudluğu göstərilib.
Qeyd edək ki, "Bursaspor" növbəti 2 turda "Kasımpaşa" ilə fevralın 24-də səfərdə, "Qaziantepspor"la isə martın 4-də evdə üz-üzə gələcək.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər