Teymur Rəcəbovdan gözlənilməz qərar

Teymur Rəcəbovdan gözlənilməz qərar
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirində oynamaqdan imtina edib.
 
Fanat.Az-ın məlumatına görə, bunu FİDE açıqlayıb.
Qrossmeyster imtinasını şəxsi səbəblərlə izah edib. Qaydalara əsasən, imtina edən şahmatçını birinci ehtiyat idmançı – Maksim Vaşye-Laqrav əvəzləyib. Bu barədə məlumatlandırılan fransalı oynamağa hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnir martın 16-da başlayacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər