Teymur Rəcəbov 370 minlik turnirdə

Teymur Rəcəbov 370 minlik turnirdə

Yanvarın 24-30-da Rusiyanın paytaxtı Moskvada “Şahmat Ulduzları-2023” beynəlxalq turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, turnirdə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da iştirak edəcək. Yarışın mükafat fondu 15 000 000 rubl (təxminən 370 000 manat) təşkil edəcək.

Rəcəbovdan başqa, turnirdə doqquz şahmatçı çıxış edəcək. Bunlar Sergey Karyakin, Aleksandr Qrişuk, Sənan Syugirov, Vladsilav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayevadır (Qazaxıstan).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər