Terri Raysa heyran olub

Terri Raysa heyran olub

Ötən gün İngiltərə Premyer Liqasının XI turunda “Vest - Hem” “Liverpul”u 3:2 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, "Çelsi"nin sabiq əfsanəsi Con Terri sözügedən oyundan sonra "çəkiclər"in müdafiəçisi Deklan Raysa (Declan Rice) heyran olduğunu bildirib.

Bu barədə o, öz "Twitter" səhifəsində yazıb: “Deklan Rays dünya futbolunun ən yaxşısıdır. Möhtəşəm oyunçudur!"

Qeyd edək ki, Rays cari mövsüm Premyer Liqada 11 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, hazırda "Vest Hem" 23 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Çelsi” isə 26 xalla liderdir. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər