AZAL-ın baş məşqçisi Tərla Əhmədov "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, çalışdırıcı 1:0 hesablı qələbə qazandırları oyunla bağlı bunları deyib:
"Qələbəyə köklənmişdik. Zədəlilərimiz həddindən artıq çox idi. Buna baxmayaraq, komandanı özəyi qalıb. Futbolçular tapşırıqları yerinə yetirdilər. "Qarabağ" haqda xoş sözlər demək borcumuzdu. Belə komandaya qalib gəlmişiksə, irəlidə nəyəsə nail ola bilərik. Əzmkarlığın sayəsində qələbə qazandıq".
Fanat.az