İspaniya La Liqasının altıncı turunda səfərdə “Vilyarreal” üzərində darmadağın (5:1) "Barselona"ya baha başa gəldi.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi qapıçısı Mark-Andre ter Ştegeni uzun müddətə itirdi.
Zədə səbəbindən mövsümün qalan hissəsini buraxmaq riski ilə üzləşən alman qolkiper bir neçə gün sonra durumu barədə ilk dəfə şərh verib. 32 yaşlı sosial şəbəkə hesabında paylaşımında belə yazıb:
"Bütün "Barsa" azarkeşlərinə, komanda yoldaşlarıma, rəqiblərə, klublara və dostlarıma keçən bazar günündən bəri mənə göstərdikləri dəstəyə və sevgiyə görə həqiqətən minnətdaram.
"Vilyarreal" azarkeşlərinə stadionda göstərdikləri hörmətə görə təşəkkür etmək istəyirəm, bu mənim üçün çox şey deməkdir.
Özümü pozitiv və yenidən yaşıl meydana qayıtmaq üçün kifayət qədər güclü hiss edirəm.
İndi diqqətimi sağalmağa yönəldirəm. Hamınıza təşəkkür edirəm!”.
Qeyd edək ki, ter Ştegen 10 ildir "Barselona"da çıxış edir.
Mirağa