Ötən mövsüm qol vura bilməyən Ximenesin yeni iş yeri bilindi

Ötən mövsüm qol vura bilməyən Ximenesin yeni iş yeri bilindi

"Vulverhempton"un meksikalı hücumçusu Raul Ximenes iş yerini dəyişib. 

Fanat.Az xəbər verir ki, sözügedən forvard "Fulhem"ə keçib.

Məlumatı "bağbanlar"ın rəsmi saytı yayıb.

32 yaşlı Ximenes 2+1 illik müqaviləyə imza atıb. 

Ötən mövsüm "Vulverhempton" forması ilə İngiltərə Premyer Liqasında 15 matça çıxan Raul qol vura bilməyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər