"Mançester Yunayted" bu ay 5 futbolçu ilə müqavilə imzalamağa hazırlaşır.
Fanat.Az "Manchester Evening News"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq “Feyenoord”un sol cinah müdafiəçisi Tirell Malasia ilə razılığa gəlib.
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun transfer qiyməti ilə bağlı da kataloniyalılarla prinsipial razılaşma əldə olunub. Bundan başqa, "Mançester Yunayted" “Ayaks”ın müdafiəçisi Lisandro Martines üçün rəsmi təklif irəli sürüb.
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq həmçinin, “Ayaks”ın cinah oyunçusu Antoni və "Brentford"la müqaviləsi başa çatdıqdan sonra azad agentə çevriləcək danimarkalı yarımmüdafiəçi Kristian Erikseni sərəncamında görmək istəyir.
Mankunianlılar bu həftə ilk transferini rəsmən təqdim etməyi, qalan keçidləri isə komandanın Tayland və Avstraliyaya mövsümöncəsi tur ərəfəsində, başqa sözlə, iyul ayında tamamlamağı planlaşdırır.
Mirağa