Ten Haq ilk hədəfini açıqladı

Ten Haq ilk hədəfini açıqladı

"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq hədəflərindən bəhs edib.

Fanat.Az xəbər verir ki, "Manchester Evening News" niderlanlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Bura gəlişim “Mançester Yunayted”i yenidən zirvəyə çatdırmaq üçündür. Amma indiki vəziyyəti də qəbul etməliyik.

Klubun yeri Çempionlar Liqasındadır, ona görə də bu turnirə qayıtmaq ilk hədəfimiz olacaq".

Xatırladaq ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasında 2021-2022-ci illər mövsümünü 6-cı pillədə başa vurublar. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər