"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Mançester Siti"yə qarşı bu gün keçirəcəkləri səfər oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Yüksək səviyyəyə çatmaq istəyirsənsə, daha uğurlu rəqiblərdən öyrənməlisən. Ancaq biz bunu "Mançester Yunayted"in bacardığı şəkildə etməliyik. Biz başqa mentalitetə malik fərqli klubuq".
26 tura 44 xal toplayan "qırmızı şeytanlar" hazırda İPL-in turnir cədvəlində 6-cı pillədə mövqe tutub.
Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" qarşılaşması Bakı vaxtı ilə 19:30-da başlayacaq.