Təcavüzdə ittiham olunan Ronaldoya ağır zərbə

Təcavüzdə ittiham olunan Ronaldoya ağır zərbə
Amerikalı model Katrin Mayorqa təcavüz etməkdə günahlandırılan Kriştiano Ronaldo daha bir zərbəni sponsorluq müqaviləsi olan şirkətlərdən alıb.
Fanat.Az xəbər verir ki, "Nike" və "EA Sports" şirkətləri olayla bağlı açılama yayıb. 
"Bu iddiaları dərin məyyusluqla izləyirik. Vəziyyəti yaxından izləyirik" deyə "Nike"nin açıqlamasında bildirilir.
"EA Sports" isə Ronaldonu "şirkətin dəyərləri çərçivəsində" hərəkət etməyə çağırıb: "Kriştiano Ronaldoya yönəlmiş ittihamların yer aldığı üzücü xəbərləri gördük. Hadisələrin inkişafını yaxından izləyirik. Oyunlarımızın üz qadığında yer alan idmançıların EA-nın təmsil etdiyi dəyərlər çərçivəsində hərəkət etməsini gözləyirik".
Qeyd edək ki, Katrin Mayorqa 2009-cu ilin 13 iyununda təcavüzə məruz qaldığını deyərək Nevada məhkəməsində iddia qaldırıb. Las Veqas Polis Mərkəzi həmin tarixdə cinsi təcavüz çağrışı edildiyini təsdiqləyib, amma futbolçunun adını açıqlamayıb. Polis mərkəzindən verilən açıqlamada "Bu ilin sentyabrında dosye yenidən açılıb və dedektivlərimiz zərərçəkən tərəfindən verilən bilgiləri araşdırır".
Bildirilir ki, Ronaldo 2010-cu ildə Katrin Mayorqaya susması üçün 375 min dollar ödəyib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər