Təbrizdə ara qarışdı

Təbrizdə ara qarışdı

Təbrizin səhənd stadionunda keçirilən müsabiqədən sonra bir neçə futbol tamaşaçısı təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Fanat.az "Gunaz TV"yə istinadən xəbər verir ki, səhənd stadionunda tamaşaçı qismində iştirak edən soydaşlarımız təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq Azərbaycanın milli və mədəni hüquqlarının tələbi uğrunda bir çox şüar səsləndiriblər.

Məlumata görə, müsabiqə bitdikdən sonra bir neçə "Trktorsazi" tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Yaxalananlar arasında Mehdi Şərifi, Məhəmməd Şirzad, Mehdi Şirzad, Cəfərpur, Hadi Hüseynzad və Məcid Nağızadənin adları çəkilir.

"Trktorsazi" tərəfdarları bugünkü müsabiqədə “Azərbaycan milləti – Çəkməz belə zilləti”, “Hüseyn Hüseyn şüarımız – Türk olmaq iftixarımız”, “Ölüm olsun faşizmə”, “Haray Haray mən türkəm”, “ərəb körfəzi”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndiriblər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər