Təbriz üçün uğurlu gün

Təbriz üçün uğurlu gün
İran çempionatında XI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Təbrizin hər iki klubu bu gün meydana çıxıb.
"Traktorsazi" Tehran "Neft"ini qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Cənubi Azərbaycan klubuna qələbə gətirən qola 8-ci dəqiqədə Kərim Ansarifard imza atıb.
Şəhərin digər təmsilçisi "Qostareş-Fulad" isə "Mis Kerman"ın qonağı olub. Təbriz təmsilçisi oyunu 2:1 hesablı qələbə ilə başa vurub. "Qostareş-Fulad"ın heyətində İman Musəvi və Rəsul Əlizadə fərqlənib.
11 turda 19 xal toplayan "Traktorsazi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider "Fulad"dan 6 xal geri qalır. "Qostareş-Fulad" isə 16 xalla 6-cı yeri tutur.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər