Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə II turun oyunları keçirilir. Fanat.Az saytının xəbər verir ki, yarışda iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2-ci sınağına çıxıb.
Daha öncə Litvaya 1:2 hesablı yenilgiylə boyun əyən yığmamız bu dəfə Qazaxıstanla üz-üzə gəlib.Təbriz Həsənovun yetirmələri 1-8-ci yerlər uğrunda mübarizəni davam etdirmək üçün xal qazanmalıydı. Matç bərabərliklə başa çatıb. İki dəfə hesabda geri düşən seçməmiz məğlubiyyətdən qaçmağı bacarıb.
Qazaxıstan – Azərbaycan - 2:2
Qollar: Dinmuxammed Kaşken, 18 (p.), Danil Kuznetsov, 53 - Rafael Məhərrəmli, 45+2, Fərid Nəbiyev, 82.
Hakimlər: Vasili Tixonov, Andrey Runov, Sergey Yadrov, Denis Savin (hamısı Rusiya)
Hakim-inspektor: Nikolay İvanov (Rusiya)
Peterburq Idman Konsert Kompleksi
Qazaxıstan: 1. Danil Ustimenko, 11. Yerasil Amanjol, 15. Dinmuxammed Kaşken, 12. Danil Kuznetsov, 5. Talqat Kusyapov, 21. Muxit Jakşik, 10. Qavril Kan, 7. Aydos Oral, 22. Janali Payruz, 6. Darın Sayunov, 9. Erkebulan Şaydaxmet
Ehtiyat oyunçular: 18. Vladislav Sazonov, 2. Sanjar Aytım, 3. Sanjar Batırxanov, 13. Saqadat Tursunbay, 8. Sultanbek Astanov, 17. Batır Kudayberdınov, 19. Lev Skvortsov, 14. Alibi Tuzakbayev, 20. Aleksandr Usaçёv
Baş məşqçi: Aleksandr Kuznetsov
Azərbaycan: 1. Murad Popov, 2. Mətin Gülər, 5. Rəhman Daşdəmirov, 3. Ricat Qarayev, 14. Hüseyin Seyliğli, 8. Süleyman Əhmədov, 18. Rafael Məhərrəmli, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev. 11. Barış Ekincier, 9. Doğukan Öksüz
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 17. Murad Qayalı, 13. Yusif Həsənov, 6. İbrahim Qədirzadə, 16. Əli Sadıxov, 20. Bahadur Həziyev, 19. İbrahim Əliyev, 4. İsmail Karakaş, 15. Ceyhun Muxtarlı
Baş məşqçi: Təbriz Həsənov
Fanat.Az