İtaliya C Seriyasını təmsil edən "Lekko"nun hücumçusu Kristian Bunino meydana çıxmamış qırmızı vərəqə alıb.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, görüşün 76-cı dəqiqəsində oyuna daxil olmağa hazırlaşarkən təbii ehtiyacını ödədiyi üçün "qırmızı" görüb.
Hadisə "Pyaçentsa" ilə matçın (0:0) gedişində yaşanıb. Rəqib qapısının arxasında isinmə hərəkətləri edən Bunino təbii ehtiyacını ödəyərkən reklam şitlərinin arxasında gizlənərək üzünü boş tribunalara tərəf çevirsə də, referi onu heç kimin görməməsini nəzərə almayıb.
Qeyd edək ki, İtaliyanın bütün peşəkar futbol liqalarının reqlamentində meydanda anoloji hərəkətin qırmızı vərəqə ilə cəzalandırılması nəzərdə tutulub.
Nihat