Taşqın və Cavadov üçün əlamətdar tur

Taşqın və Cavadov üçün əlamətdar tur
Topaz Premyer Liqasının XII turu "Keşlə”də üç yubileylə əlamətdar olub. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, "Qəbələ” ilə ev qarşılaşması (1:2) Sərtan Taşqın və Vaqif Cavadovun klubun heyətində 50-ci çempionat oyunu kimi tarixə düşüb. 
2014/15 mövsümündə Premyer Liqada debüt edən Sərtan bu müddətdə 3 qola imza atıb. Vaqif isə fasilələrlə bu komandada çıxış edib. O, 2013/14 və ötən mövsüm formasını geyindiyi "Keşlə”də 17 qol vurub. 
Taşqın üçün yubiley ikiqat əhəmiyyət daşıyıb. Yalnız bir klubda oynadığından müdafiəçi Azərbaycan çempionatlarında da 50-ci matçına çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər