Tarixdə bu gün: Kramarenko üçün özəl gün

Tarixdə bu gün: Kramarenko üçün özəl gün

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 12 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:  

Dmitri Kramarenko

Bu gün Rusiya çempionatının gümüş mükafatçısı (1996), Müstəqil Dövlətlər Birliyi Çempionlar Kubokunun qalibi (2008),  Azərbaycan çempionu (1992).  Azərbaycan çempionatının gümüş (2006) və bürünc (2005) mükafatçısı, Azərbaycan Millisinin sabiq qapışısı Dmitri Kramarenkonun doğum günüdür.

Dmitri Kramarenko SSRİ dönəminin məşhur qapıçısı Sergey Kramarenkonun oğludur.

Tarixdə bu gün: Kramarenko üçün özəl gün

Sabiq qapıçı, "Neftçi", "Dinamo Moskva", "CSKA Moskva" kimi klublarda forma geyib. Kramarenko Azərbaycan millisində 33 oyun keçirib.

36:0

1885-ci ilin bu günü Şotlandiya Kuboku oyununda peşəkar "Airbot" klubu həvəskarlardan ibarət "Bon Akkord" komandasını 36:0 hesabı ilə məğlub edib. 2002-ci ildə Madaqaskar çempionatında fantastik 0:149 hesabı qeydə alınmayana qədər bu bu nəticə uzun illər ərzində futbol tarixinin ən böyük hesablı qələbəsi sayılırdı.

Tarixdə bu gün: Kramarenko üçün özəl gün

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər