"Kopenhagen" "Samtrediya" və "Şerif"dən qat-qat üstün rəqibdi. Çox ağır görüşlər olacaq. "Qarabağ"lı futbolçular fiziki güclərini tam bərpa etməlidi. Sıx qrafikdə 4 rəsmi oyundan sonra fasilə "Qarabağ"ın tam özünə gəlməsi, pik formasını yaxalamasını şərtləndirir". Bu sözləri Fanat.Az-a müsahibəsində "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov deyib.
Sabiq FIFA referisi futbol ictimaiyyətini "Qarabağ"ı təzyiq altında saxlamamağa çağırıb: "Tarixi uğurdan sonra psixoloji problemin də olması gözlənilmir. Avroliqanın qrupunu birbaşa təmin edən "Qarabağ" "Kopenhagen" qarşısına tam sərbəst, təzyiqsiz çıxmalı, öz oyununu oynamalıdı. Belə olarsa ÇL-in qrupuna düşmək şansı çoxalar. Futbol ictimaiyyəti də eyforiyaya qapılmamalı, "Qarabağ"dan mütləq qələbələr istəməməlidi. Yaddan çıxarmayaq, "Qarabağ" aprel ayından 4 aylıq məcburi istirahətə çıxan 8 komandalı "şura hakimiyyəti" çempionatının təmsilçisidi. ÇL-in qrupu olarsa çox gözəl, olmasa da "Qəbələ" kimi, "Qarabağ"a da dəstəyimizi əsirgəməməliyik. Müstəqilliyini qoruyan bu iki klub qorunmalıdı. Azərbaycan futbolunun sabahının xilası naminə..."
Tahir bər "Qarabağ"a yeni transferlər lazımdımı" sualına belə cavab verib: "Möhtəşəm heyətləri olan "Barselona", "Real"a da hər mövsüm yeni transferlər lazım olur".
Fanat.Az