Bastian Şvaynştayger “Mançester Yunayted”i MLS təmsilçisi “Çikaqo Fayr”a dəyişə bilər. Fanat.Az “The Sun” a istinadən xəbər verir ki, ABŞ klubu alman futbolçuya həftədə 90 min funt – sterlinq məvacib verməyə hazırdı.
MY-nin çalışdırıcısı Joze Morinyonun bu mövsüm cəmi 4 rəsmi oyunda forma şansı verdiyi yarımmüdafiəçinin İngiltərə klubunda həftəyə 140 min funt – sterlinq qazandığını vurğulayaq. Çıxdığı 4 oyunda Bastian 1 qol vurub və 1 məhsuldar ötürməylə yadda qalıb. 32 yaşlı futbolçunun İngiltərədəki durumundan razı olmaması əsas söhbət mövzusudu.
Qeyd edək ki, yarımmüdafiəçi 2000-2015 aralığında “Bavariya”nın uğurları üçün tər töküb.
Fanat.Az