Şvaynştayger millidən getdi

Şvaynştayger millidən getdi

Bastian Şvaynştayger Almaniya millisindəki karyerası ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yığmadan getdiyini açıqlayıb.

O, bu barədə şəxsi "twitter" hesabında məlumat yayıb. Təcrübəli oyunçu yığmada ona göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində çıxış edən Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər