"FiveThirtyEight" saytı superkompüterin köməyi ilə İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün yekunları ilə bağlı proqnozu təqdim edib.
Fanat.Az xəbər verir ki, süni intellektin müəyyənləşdirdiyi nəticələrə əsasən, hazırda çempionatın turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Mançester Siti"nin çemponluq şansı daha çoxdur - 77 faiz. Lider "Arsenal"ın qızıl medalları qazanmaq ehtimalı "şəhərlilər"dən 3,5 dəfə az - 23 faizlə dəyərləndirilib.

Elitanı tərk edtməyə ən real namizədlər isə "Sauthempton" (88 faiz), "Nottingem Forrest" (83 faiz) və "Everton"dur (58 faiz).
Nihat