“Sumqayıt”da yeni hücumçu

“Sumqayıt”da yeni hücumçu

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini həyata keçirib.

Fanat.Az xəbər verir ki, sözügedən klub son mövsümdə Bolqarıstanın “Lokomotiv Plovdiv” klubunda çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər