Sulşer təngə gəldi, Poqba bu qış satılır!

Sulşer təngə gəldi, Poqba bu qış satılır!

"Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yanvarda klubunu dəyişə bilər.

Fanat.Az İspaniyanın "Sore” radiosuna istinadən xəbər verir ki, fransalı ulduz onu yaşıl meydanlardan təxminən 2 ay kənarda qoyan zədəsini tam sağaltsa da, MY-də oynamaq istəmir.

Bu üzdən "qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunar Sulşer yayda buraxmaq istəmədiyi Poqbanı bu qış yola salmağın tərəfdarıdır.

Fransa millisinin üzvünü rənglərinə bağlamaq üçün daha çox canfəşanlıq edən klub isə Madrid "Real”ıdır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər