"İnter Mayami"nin hücumçusu Luis Suares klub karyerasını başa vurmağa hazırlaşdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Del Sol"-a belə deyib:
"İnter Mayami" karyeramdakı son klub olacaq. Ailəmin də artıq bundan xəbəri var. Hələ nə vaxt bitirəcəyimi bilmirəm, amma bura son dayanacaq olacaq.
İndi bu barədə danışdıqca ağlamaq istəyirəm, amma buna hazırlaşmalıyam. Yadımdadır, keçmiş oyunçulardan birinin mənə demişdi ki, futbolçu heç vaxt təqaüdə çıxmağa hazır olmur”.
Uruqvaylı forvardın 37 yaşı yanvarda tamam oldu. Onun "İnter Mayami" ilə müqaviləsinin müddəi 2024-cü ilin sonuna qədərdir.
Mirağa