SOCAR məşhur türk klubuna sponsorluq edə bilər

SOCAR məşhur türk klubuna sponsorluq edə bilər

SOCAR “Trabzonspor”un yeni stadionunun sponsoru ola bilər. Fanat.az xəbər verir ki, bu barədə Türkiyənin takaonline.com saytı məlumat yayıb.

Maddi problemləri olan Qara dəniz təmsilçisi bunu hazırda inşa edilən “Akyazı” stadionuna sponsor tapmaqla yoluna qoymaq niyyətindədi. Klub rəhbərliyi “Akyazı” stadionunu gələn mövsüm üçün hazır vəziyyətə gətirməyə çalışır. Onlar yeni arenanın hazır olması ilə maliyyə problemini yoluna qoyacaqlarını da düşünürlər. Hazırda stadionun sponsorluğu ilə bağlı 4 şirkətlə danışıq aparılır. Bunlar “Turkcell”, “Samsung”, “Emireyts” və SOCAR-dı.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər