Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
Fanat.az xəbər verir ki, yığmamız Sloveniyanın U-21 komandası ilə qarşılaşıb. Qarşılaşma 4:1 hesabı ilə sloveniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov fərqlənib.
Qeyd edək ki, mayın 31-də, Bakı vaxtı ilə saat 18.00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
Fanat.az