Şkrtelin yeni klubu bəlli oldu

Şkrtelin yeni klubu bəlli oldu

“Liverpul”un və Slovakiya millisinin sabiq futbolçusu Martin Şkrtelin yeni iş yeri bəlli olub. 

Fanat.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi ölkəsinin “Spartak” klubuna keçib.   Bu barədə Trnava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şkrtellə imzalanan müqavilənin detalları açıqlanmayıb.   Şkrtel daha əvvəl İngiltərədə “Liverpul”, Rusiyada “Zenit”, İtaliyada “Atalanta”, Türkiyədə “Fənərbağça” və “Başakşəhər” kimi klublarda çıxış edib. Müdafiəçi Slovakiya yığmasında 104 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər