Skoulz Fernandeşi hədəfə aldı: "Axmaq qayda pozuntularına yol verdi"

Skoulz Fernandeşi hədəfə aldı: "Axmaq qayda pozuntularına yol verdi"

"Mançester Yunayted"in sabiq futbolçusu Pol Skoulz Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Qalatasaray"ı yenə bilməyən (3:3) "qırmızı şeytanlar"ın kapitanı Brunu Fernandeşi tənqid atəşinə tutub.

Fanat.Az xəbər verir ki, "Daily Mail" Skoulzun dediklərini belə çatdırıb:

"Bilirəm ki, oyundan sonra buraxdığı səhvləri etiraf etdi. O, bu gün qollara səbəb olan iki kobud xətaya, axmaq qayda pozuntularına yol verdi. Kapitan Fernandeş də daxil olmaqla bütün komanda məsuliyyəti öz üzərinə götürməlidir. Bu, onların qalib gəlməli olduqları oyun idi. Ancaq onlar bunu edə bilmədilər. Müdafiədə kompakt deyildilər, qapıçıları səhvlər etdi və Brunu rəqibə ucuz cərimə zərbələri qazandırdı".

5 turdan sonra 4 xalı olan "Mançester Yunayted" A qrupunda sonuncu pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər