Sissoko tətilə getdi, klubuna mesaj göndərdi: "Qayıtmıram"

Sissoko tətilə getdi, klubuna mesaj göndərdi: "Qayıtmıram"

Ukraynanın "Vorskla" klubunun fransız legioneri Sambu Sissoko yay tətilindən sonra komandaya qayıtmayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sport.ua" məlumat yayıb. 

Mənbənin məlumatına görə, futbolçu müharibə səbəbindən Ukrayna çempionatında oynamaq istəmir. Sambunun ailəsi fransızın Ukraynadakı təhlükəsizliyindən narahatdır.

LNZ və "Karpatı" klubları da oyunçuya yaxşı şəxsi şərtlərlə müqavilə təklif edib. Amma fransalı legioner Ukraynada oynamaq istəmir və çıxışını Avropada davam etdirmək əzmindədir.

“Vorskla” Sissokonu 200-300 min avroya buraxmağa hazırdır.

Sambu Sissoko 2024-cü ilin qışında azad agent kimi "Vorskla"ya keçib. Futbolçunun Ukrayna klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi qüvvədədir. "Transfermarkt" onun dəyərini 600 min avro qiymətləndirir. 

Fransız "Vorskla"da cəmi 14 oyun keçirib və effektli olmayıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər