Fransa millisinin sabiq hücumçusu Cibril Sisse (Djibril Cisse) yeni işə başlayır.
Fanat.Az xəbər verir ki, veteran futbolçu "Marsel" klubunun akademiyasında çalışacaq.
40 yaşlı mütəxəssis hücumçuların məşqçisi təyin olunub.
"Marsel"in gənc hücumçularına kömək edəcəyim üçün qürurluyam", - deyə Sisse "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, Sisse 2006-2009-cu illərdə "Marsel"in şərəfini qoruyub.
Röya