Simone İnzaginin növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

Simone İnzaginin növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

Milan "İnter"inin baş məşqçisi Simone İnzaginin növbəti mövsümə harada başlayacağı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Milan klubu 47 yaşlı çalışdırıcı ilə müqavilə yeniləyəcək. Mənbə sözügedən mütəxəssisin maaşının artırılacağını və yeni anlaşmanın 2027-ci ilin yayınadək nəzərdə tutulacağını vurğulayıb.

Qeyd edək ki, İnzagi 2021-ci ilin yayından indiki postundadır. Hazırda 69 xalı olan "İnter" A Seriyasının lideridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər