Simeone Quardiolaya "ilişdi": "İstedadlıdır, lakin..." 

Simeone Quardiolaya "ilişdi": "İstedadlıdır, lakin..." 

Bu gecə "Etihad"da Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" - "Atletiko Madrid" qarşılaşması, həmçinin Pep Quardiola ilə Dieqo Simeone arasında məşqçi dueli baş tutacaq.

Fanat.Az xəbər verir ki, bir-birlərini 1990-cı illərdən, "Atletiko" və "Barselona"nın baş məşqçisi olduqları vaxtdan tanıyan mütəxəssislərin budəfəki görüşü ərəfəsində argentinalı çalışdırıcı rəqib həmkarının "bostanına daş atıb". 

Simeone görüşdən öncə kataloniyalı həmkarına hörmətlə yanaşdığını desə də, onu belə "sancıb": 

"Quardiola, şübhəsiz ki, istedadlıdır. Hərçənd onun yanında görkəmli oyunçular olduğu üçün həmişə bəxti gətirib. Məndə heç vaxt Xavi, Serxio Buskets, Jerar Pike, Andreas İnyesta və ya Messi olmayıb".

"Mançester Yunayted" - "Atletiko Madrid" görüşü bu gecə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər