Şeydayevli “Kocaelispor”dan əzmkar qələbə

Şeydayevli “Kocaelispor”dan əzmkar qələbə

Türkiyə 1-ci Liqasında 28-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki,  Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" evdə "Göztəpə" ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan əzmkar qələbə ilə ayrılıb - 3:2. Şeydayev 69-cu dəqiqədə meydana buraxılıb. Futbolçumuzun komandası hər üç qolu son dəqiqələrdə penaltidən vurub.

"Kocaelispor" 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər