Şeydayevin komandasından darmadağın

Şeydayevin komandasından darmadağın

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 15-ci tur çərçivəsində evdə “Utai Tani” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0. 

Şeydayev bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Buriram Yunayted” hazırda 24 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər