"Trabzonspor"dan ayrılması an məsələsi olan Ramil Şeydayevə daha bir klub təklif göndərib.
Fanat.Az xəbər verir ki, "Samsunspor"dan sonra "Girəsunspor"da həmyerlimizi heyətində görmək istəyir. Girəsun təmsilçisi mövsümün sonuna qədər Ramili icarəyə götürmək istəyir.
Qeyd edək ki, "Girəsunspor" 16 oyundan sonra 1-ci Liqada 21 xal toplayıb və 10-cu sıradadı.
Fanat.Az