Slovakiya Fortuna Liqasında XXI turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, millimizin forvardı Ramil Şeydayevin komandası “Jilina” səfərdə “Streda”yla üz-üzə gəlib.
“Sarılar” matçdan 2:2 hesablı bərabərliklə ayrılıb. Ramil oyuna start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 21 oyuna 49 xal toplayan “Jilina” turnir cədvəlinin lideridi.
Fanat.Az