Slovakiya Superliqasında 30-cu turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, millimizin forvardı Ramil Şeydayevin komandası “Jilina” səfərdə “Zemplin Mixalovtse”nin qonağı olub.
Oyun qonaqların minimal hesablı qələbəsiylə yekunlaşıb. Yeganə qolu matçın 84-cü dəqiqəsində oyuna sonradan qoşulan soydaşımız vurub. Bu, Ramilin Slovakiya klubunda vurduğu sayca 3-cü topdu.
Qeyd edək ki, “Jilina” çempionluğu 2 tur əvvəl təmin edib.
Fanat.Az