Şevçenko göz yaşını saxlaya bilmədi - VİDEO

Şevçenko göz yaşını saxlaya bilmədi - VİDEO

Ukrayna millisinin keçmiş baş məşqçisi Andrey Şevçenkonun anasıyla bacısı ölkəni tərk etməyərək sığınacaqlarda məskunlaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "Che Tempo Che Fa" verilişində danışan "Milan" əfsanəsi və "Cenoa"nın sabiq çalışdırıcısı göz yaşlarını saxlaya bilməyib:

“Anam, bacım və digər qohumlarım hələ də Ukraynadadır, mən hər gün onlarla danışıram. Qalmaq onların seçimi idi. Ölkəmdə baş verənləri ağlamadan izləyə bilmirəm. Onlar mənə Ukraynada baş verənlər, bombalanan şəhərlər, öldürülən uşaqlar və qocalar haqqında hər şeyi çatdırırlar".

Şevçenko italiyalılardan xalqına dəstək istəyib: "İtaliyaya gələndə ölkəniz mənə qucaq açdı. Bu, özümü sizlərdən biri kimi, İtaliyanın ikinci evim olduğunu hiss etməyimə səbəb oldu. İndi sizə üz tuturam: ürəyinizi xalqıma açın, köməyinizə ehtiyacımız var. Onlara məni etdiyiniz kimi, sevginizi hiss etdirin. Bilirəm, sevirsiniz, amma daha çoxunu istəyirəm". Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər