"Səudiyyə çempionatı dünyanın ən yaxşı 5 liqasından biri olacaq" - Ronaldu

"Səudiyyə çempionatı dünyanın ən yaxşı 5 liqasından biri olacaq" - Ronaldu

“Əl-Nasr”ın ulduz hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı liqasının potensialından danışıb.

Fanat.Az xəbər verir ki, "CristianoXtra" portuqaliyalı oyunçunun dediklərini belə çatdırıb:

“Səudiyyə Ərəbistanı liqası güclənir, gələn il daha da yaxşı olacaq. Addım-addım dünyanın ən yaxşı beş liqasından birinə çevriləcək. Düzdür, bizə vaxt, oyunçular, infrastruktur lazımdır. Ancaq inanıram ki, bu ölkənin heyrətamiz potensialı, heyrətamiz insanları sayəsində liqa möhtəşəm olacaq”.

Qeyd edək ki, "Əl-Nəsr"də tarixin ən çox qazanan futbolçusu olan Ronaldu bu komandada keçirdiyi 15 liqa oyununda 14 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər