Serxio Aquero karyerasını başa vurur

Serxio Aquero karyerasını başa vurur

“Barselona”nın hücumçusu Serxio Aquero karyerasını başa vurur.  

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero "Twitter" hesabında yazıb.

O, bildirib ki, buna səbəb futbolçunun ürəyində yaranan problemdir.

33 yaşlı argentinalı gələn həftə mətbuat konfransında qərarını rəsmən açıqlayacaq.

Xatırladaq ki, Aquero oktyabrın 30-da keçirilən “Alaves”lə oyunda meydanı vaxtından əvvəl tərk etmişdi. "Barselona" tərəfi onun ürəyində yaranan problemə görə 3 ay oynamayacağını açıqlamışdı.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər