"Şəmkir"in prezidenti özünə yeni məşğuliyyət tapıb

"Şəmkir"in prezidenti özünə yeni məşğuliyyət tapıb
"Şəmkir"in sabiq prezidenti Elvin Səfərli özünə yeni məşğuliyyət tapıb.
Fanat.Az xəbər verir ki, fəaliyyətini dayandırmış klubun rəhbəri ferma açıb.
O, İmişlidə açdığı fermada 100-ə yaxın keçi bəsləyir. Niderlanddan gətirdiyi heyvanları saxlamaq və çoxaltmaq üçün Səfərli bir neçə yüz min manat xərc çəkib.
Bu, Elvin Səfərlinin ilk biznes fəaliyyəti deyil. Eks-başqan öncə bəzi başqa rayonlarda təsərrüfat sahələrinə baş vurub. Gah pomidor, gah da gül istixanası açıb.
Səfərli 2016-2017-ci illərdə "Şəmkir"in prezidenti postunu tutub. Özünü bu müddətdə ciddi rəhbər olaraq tanıda bilməyən Səfərlinin haqqında həmişə neqativ xəbərlər yayılıb.
Hazırda Şəmkir kimi böyük və inkişaf etmiş rayonun futbolsuz qalması onun adıyla bağlıdı. Beəl ki, Səfərli klubun fəaliyyətinə kölgə salan əməlləri ilə yerli İcra Hakimiyyətinin və AFFA-nın ondan üz döndərməsinə səbəb olub.
Mənbə: Sportinfo.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər