Antalyada təlim-məşq toplanışında olan Birinci Divizion təmsilçisi “Şəmkir” ikinci sınaq matçına çıxıb. Fanat.Az xəbər verir ki, təmsilçimiz Qazaxıstan aşağı dəstəsində çıxış edən “Kiran”la üz-üzə gəlib.
2:1 hesablı zəfərə sevinən “Şəmkir”in qollarını Fərmayıl Əliyev və Vüsal Qarayev vurub.
Qəhrəman Əliyevin komandası öncə Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası"nı minimal hesabla üstələmişdi.
Fanat.Az