Səlahət Ağayevin yeni klubu açıqlandı

Səlahət Ağayevin yeni klubu açıqlandı
“Sumqayıt” növbəti transferini həyata keçirib. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yığmamızın üzvü Səlahət Ağayevlə güclənib. 
25 yaşlı qapıçı mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Qolkiper komandada 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə “Sumqayıt”da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib. Onun son iş yeri "İnter" olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər