Şəhriyar Məmmədyarovdan master-klass – Qurban Qurbanov da qatılacaq

Şəhriyar Məmmədyarovdan master-klass – Qurban Qurbanov da qatılacaq

Şəhriyar Məmmədyarov master-klass keçəcək.

Fanat.Az xəbər verir ki, tədbir "Məmmədyarovlar" Şahmat Məktəbində baş tutacaq.

Mayın 17-dəki master-klass saat 09:30-da başlayacaq. Tədbir çərçivəsində Şəhriyar öncə iştirakçılarla tanış olacaq, onlara uğur qazanmaq yollarını göstərərək tövsiyələrini verəcək. 7 saat davam edəcək görüş çərçivəsində iştirakçıların da suallarını cavablandıracaq Məmmədyarov debüt, şahmatdakı problemlər haqda da danışacaq. 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da tədbirə dəvət alıb. 50 yaşlı mütəxəssis Məmmədyarovun master-klassında fəxri qonaq olacaq.

Ödənişli master-klassın ikinci hissəsi nahardan sonraya təsadüf edəcək. Şəhriyar iştirakçılarla blits seans keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər