Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi

ABŞ-ın Sent Luis şəhərində "Fişer şahmatı" (şahmat-960) üzrə "Champions Showdown" adlanan turnir start götürüb.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə üç tur oynanılıb. 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov startda Hikaru Nakamuranı (ABŞ) 81-ci gedişdə məğlub edib.

Ardınca turnirin ən reytinqli şahmatçısı Maksim Vaşye-Laqravla (Fransa) üz-üzə gələn 36 yaşlı qrossmeysterimiz 49-cu gedişdə rəqibinə uduzub.

Məmmədyarov günün son oyununda Harri Kasparovla (Rusiya) münasibətləri aydınlaşdırıb. Qarşılaşma 34-cü gedişdə "Şah"ın qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Məmmədyarov 2 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Sıralamaya 2,5 xalla Fabiano Karuana başçılıq edir.

Qrossmeysterimiz yarışın ikinci günündə Uesli So, Lenyer Dominges və Sem Şenklend ilə (ABŞ) üz-üzə gələcək.

Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Qeyd edək ki, sürətli şahmat qaydaları ilə dairəvi sistem üzrə keçirilən və 9 turdan ibarət turnirə sentyabrın 10-da yekun vurulacaq. Mükafat fondu 150 min dollardır.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər