Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov xallarının 2814-dən 2809-a enməsinə baxmayaraq, ikinci sıradakı mövqeyini qoruyub.
Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır. Bu isə o deməkdi ki, Şəhriyar martın 10-da Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq. Çünki bu turnirin qalibi dünya çempionluğu uğrunda görüşdə məhz Karlsenlə üz-üzə gələcək.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci pillədə qalıb. Bir pillə irəliləyən Rauf Məmmədov 2709 xalla 39-cudur. Dörd sıra geriləyən Arkadi Naydiç isə 2701 xalla 45-cidir.
Fanat.Az