"Səfərdə daha inamlı oynayacağıq" - Qurban Qurbanov

"Səfərdə daha inamlı oynayacağıq" - Qurban Qurbanov

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini "CBC Sport"a paylaşıb: 

"Maraqlı, bol qollu oyun oldu. Futbolçularıma təşəkkür eidrəm. Çox əziyyət çəkdilər. Mobil, dinamik komandaya qarşı oynayırdıq. Cavab matçına daha yaxşı hazırlaşacağıq. İnanıram ki, səfərdə daha inamlı oynayacağıq".

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər