Seçməmiz Dünya Kubokunda nə etdi?

Seçməmiz Dünya Kubokunda nə etdi?

Gürcüstanın paytaxtı Tbilisidə sablya üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Fanat.Az xəbər verir ki, turnirin son günündə kişi və qadın komandalar arasında qaliblər müəyyənləşib.

Qadın sablyaçıların yarışında Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Gürcüstanı təmsil edən seçmə kollektivə 45:43 hesabı ilə qalib gəlib. Komandamız ən güclü "8-liy"ə yüksəlmək üçün keçirilən görüşdə Macarıstan yığmasına 43:45 hesabı ilə uduzub.

Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə ilk olaraq Qazaxıstan kollektivinə 45:42 hesabı ilə qalib gəlib. Ardınca Yaponiya yığmasına məğlub olan (40:45) komandamız 11-ci yer uğrunda qarşılaşmada Ukrayna millisinə 36:45 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər